DİN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
10:55 13 Fevral 2022
Bakıda polis əməkdaşlarının bıçaqlanmasının təfərrüatları məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, dünən saat 17:00 radələrində vətəndaş Məlahət Şükürova Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə müraciət edərək bildirib ki, tanışı Aydın Babayev tərəfindən qol və qarın nahiyələrindən bıçaq xəsarətləri alıb.
Məlumatla əlaqədar Çevik Polis Alayının iki əməkdaşı Məlahət Şükürovanın qeyd etdiyi ünvana gedbi. Onlar həmin ünvanda Aydın Babayevi nizam-intizama dəvət edərək, polis bölməsinə aparmaq istəyiblər.
Bu zaman Aydın Babayev Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda Aydın Babayevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxunub: 510
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib