Ötən gün toylara görə 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb


11:22     14 Fevral 2022 22_02_14_1644818062.jpg

Ötən gün toylara görə 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Fevral 12-13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 741 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 728 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Həmçinin 189 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Açar sözlər:

Oxunub: 744