Bakıda tələbə qız niyə özünü asıb? – Təfərrüat


09:55     15 Fevral 2022 22_02_15_1644871494.jpg

Bakıda intihar hadisəsi baş verib. Hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Xədicə Yaşar qızı Adıyeva yaşadığı evin həyətində özünü asıb. Xədicə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir. Universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov deyir ki, Xədicə dərslərini əla qiymətlə oxuyub. Bəhruz Nəzərovun sözlərinə görə, mərhumun ailəsi onun son günlər özünə qapandığını bildirib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 679