DİN Ramiz Mehdiyevin qohumunun saxlanılması ilə bağlı açıqlama verib


12:07     15 Fevral 2022 22_02_15_1644912503.jpg

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov Femida.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

Açar sözlər:

Oxunub: 772