Abşeronda piyadanı vuraraq öldürən "London Taxi"nin sürücüsünün cəzası artırılıb


14:58     17 Fevral 2022 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Sumqayıt Apellyasiya Məhkəməsi piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Ramiz İbrahimovun barəsində verilən apellyasiya şikayəti və apellyasiya protesti üzrə qərarı elan edib, onun cəzası artırılıb.

“Report”un əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilib.

Belə ki, R.İbrahimovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 9-da Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü R.İbrahimov idarə etdiyi "London Taxi" ilə piyada, 1994-cü il təvəllüdlü Hüseyn İsmayılovu vurub. Nəticədə yaralı aldığı bədən xəsarəti nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə R.İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.

Açar sözlər:

Oxunub: 678