Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib


15:47     17 Fevral 2022 22_02_17_1645089441.jpg

"Koronavirus infeksiyasının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu, elmi araşdırmalarla sübut olunmuş faktdır".

Femida.az xəbər evrir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib.

O, vətəndaşları “Omikron” ştamından qorunmaq məqsədilə ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” doza ilə peyvəndlənməyi tövsiyə edib: "İstənilən bir virusun PZR üsulu ilə təyini mümkün olunana qədər, virusun genetik identifikasiyası, yəni təyini (DNT və ya RNT materialı hansı ardıcıllığa malik olması) həyata keçirilir. Onların identifikasiyalarını hal-hazırda müasir aparatlar (sekvenatorlar) həyata keçirir. Həmin identifikasiya mərhələsinə sekvenasiya deyilir. Məhz sekvenasiya mərhələsindən sonra biz virusun hansı aminturşu ardıcıllığından ibarət olduğu müəyyən edilir. Eyni zamanda, onun əsas “daşıyıcı” hissəsini PZR reaksiyalarında “təyinedici praymerlər” kimi istifadə edirik. Bildiyiniz kimi, dünyada koronavirusun yayılması artmaqdadır ki, bu da virus mutasiyaları ilə bağlıdır. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".

Açar sözlər:

Oxunub: 750