Kürdəmir sakini evində ölü tapılıb


11:55     19 Fevral 2022 22_02_19_1645252395.jpg

Kürdəmir sakini evində ölü tapılıb.

Femida.az xəbər verir ki, hadisə rayonun İslam Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, 48 yaşlı rayon sakini Əliyev Laçın Aydın oğlu yaşadığı evdə dünyasını dəyişib.

L.Əliyevin qəfil ölümündən heç kimin xəbəri olmayıb. Yalnız bir neçə saatdan sonra qardaşı onun meyitini aşkar edərək aidiyyəti üzrə xəbər verib.

Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 595