Bakıda azyaşlı qızını işgəncə verməkdə təqsirləndirilən ataya cinayət işi açılıb
09:32 20 Fevral 2022
Bakıda azyaşlı qızını döyməkdə və işgəncə verməkdə təqsirləndirilən ataya cinayət işi açılıb.
Femida.azxəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
Onun sözlərinə görə, Xəzər Rayon Prokurorluğunda 2017-ci il təvəllüdlü azyaşlı şəxsin döyülməsi, ona əzab verilməsi ilə bağlı araşdırma aparılıb: "Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib. Araşdırmalar nəticəsinə məlum olub ki, azyaşlının atası döymək və digər zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və psixoloji təzyiq göstərib. Bu səbəbdən azyaşlı sosial xidmət müəssisəsinə yerləşdirilib".
"Bundan başqa, araşdırmalar zamanı müəyyən olunan digər faktlar var. Belə ki, azyaşlının 16 yaşına çatmamış bacısı ərə verilib. Eyni zamanda 2021-ci il dekabrın sonlarında uşaqların anasının üzərinə əri qaynar su töküb. Nəticədə qadın ağır xəsarət alıb.
Qeyd olunan faktlarla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və ibtidai istintaqın aparılması üçün Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. İş üzrə müvafiq ekspertizalar müəyyən olunub, o cümlədən şahidlər müəyyən edilərək dindirilir. Baş Prokurorluq Uşaqların pozulmuş hüquqlarının bərpası ilə bağlı zəruri tədbirlər görəcək.
Oxunub: 505
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb