Zaqatalada 34 yaşlı kişini avtomobil vurub


11:14     20 Fevral 2022 22_02_20_1645336357.jpg

Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil 1988-ci il təvəllüdlü İsayev Zülfüqar Rasim oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 586