Xaçmazda 45 yaşlı kişi bıçaqlanıb


12:14     20 Fevral 2022 22_02_20_1645336598.jpg

Xaçmazda bıçaqlanma hadisəsi olub.

Femida.az -ın məlumatına görə, rayonun Sibiroba kəndində 1977-ci il təvəllüdlü Valeh Pənah oğlu Novruzov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona bıçaq xəsarəti yetirməkdə həmkəndlisi Süleyman Qərib oğlu Rzayev şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 612