Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb


19:59     20 Fevral 2022 22_02_20_1645371938.jpg

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Aqil İmranov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib.

A.İmranovun narkotiki satdığı şəxslər də müəyyən olunub və həmin şəxslərdən də marixuana götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir və F.İmranov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 2899