Bakıda avtomobil şadlıq sarayının qarşısında piyadanı vuraraq öldürüb


13:14     21 Fevral 2022 22_02_21_1645426802.jpg

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

hadisə fevralın 20-də paytaxtın Nizami rayonu - Sultan şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, Sənan Qarayenin idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçmək istəyən piyada, 1955-ci il təvəllüdlü Qəzənfər Səlimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 427