Bakıda evə basqın edən qadınlara hökm oxunub


13:52     21 Fevral 2022 22_02_21_1645437194.jpg

Bakıda evə basqın edən qadınlar - Səma Əsədova və Dilək İbrahimovaya hökm oxunub və onlar 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Femida.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin mayında Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki. Gəncə şəhər sakini S.Əsədova və paytaxt sakini D.İbrahimova Maştağada yaşayan vətəndaşın bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində onlar saxlanılıb.

Hər iki şəxs törətdikləri hadisəni etiraf edib.

Hadisə zamanı S.Əsədova və D.İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

Açar sözlər:

Oxunub: 433