Bakı sakini ondan polisə şikayət edən ata və anasını bıçaqlayıb - MƏHKƏMƏ


15:33     21 Fevral 2022 22_02_21_1645443221.jpg

Bakıda ata və anasını bıçaqlamaqda təqsirləndirilən Fəqan Mustafayevə hökm oxunub və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Femida.az -ın xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci ilin avqustun 30-da Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 78 ünvanında qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü F.Mustafayevin valideynləri aralarında şəxsi münasibətlər zəminində yaranan münaqişə ilə bağlı ondan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edib. Evə qayıdan F.Mustafayev atası və anasına ondan PB-nə şikayət etməsini irad bildirib. Atası F.Mustafayevə evdən çıxmasını təkid edib. Bu zaman onların arasında mübahisə düşüb. Nəticədə o, əvvəl atasını, sonra anasını bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub.

F.Mustafayev polis əməkdaşları tərfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 435