Azərbaycan gömrükdə saxlanc, yükləmə-boşaltma xərclərini optimallaşdıracaq


19:53     21 Fevral 2022 22_02_21_1645458806.jpg

Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Femida.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda öz əksini tapıb.

Məqsəd idxal inflyasiyasının təsirinin azaldılmasıdır.

Açar sözlər:

Oxunub: 479