Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq


17:41     23 Fevral 2022 22_02_23_1645620138.jpg

“Bakı Metropoliteni” QSC bu il Rusiyadan alacağı 4 yeni qatar (20 yeni vaqon) avqust ayında xəttə buraxılacaq.

Bu barədə Femida.az-a qurumun sədr müavini Hidayət Məmmədov məlumat verib.

“Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 20 vaqonun istehsalı ilə bağlı müqaviləmiz var. İyun ayında bu istehsal başa çatdırılacaq. Yəqin ki, avqust ayında biz həmin qatarları istismara verəcəyik”, - deyə o, qeyd edib.

Açar sözlər:

Oxunub: 509