Bakıda arvadını baltalayan şəxsə 14 il həbs cəzası verilib


17:59     23 Fevral 2022 22_02_23_1645620913.jpg

Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirlilən Şükür Mirzəyevə hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, Ş.Mirzəyev ailə münasibətləri zəminində həyat yoldaşı Kəmalə Mirzəyevaya balta ilə zərbələr endirib.

Törətdiyi cinayət əməlinə görə Ş.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 554