Bakıda narkotacirə hökm oxunub


14:21     25 Fevral 2022 22_02_25_1645783695.jpg

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Aqil Əzizova hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, A.Əzizov ötən ilin avqustunda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərində ümumilikdə 1 kiloqram 800 qram marixuana və elektron tərəzi aşkar edilib.

O, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu deyib.

Açar sözlər:

Oxunub: 507