Azərbaycan gömrükçüləri külli miqdarda "iPhone" telefonu müsadirə edib


15:37     25 Fevral 2022 22_02_25_1645785456.jpg

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların və “smart” saatların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Femida.az bu barədə Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İdarənin Əməliyyat və təhqiqat idarəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə məlumat daxil olub.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən onları gömrükçülər saxlayıb və “Qırmızı kanal”a yönləndiriliblər. Vətəndaşlara məxsus əşyalar rentgen aparatından keçərkən, üç ədəd çantada mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müşahidə edilib. Yoxlama otağına dəvət olunan vətəndaşlara məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 121 ədəd “iPhone 13 Pro” və 1 ədəd “Samsung S 21 markalı mobil telefonlar, 6 ədəd “Airpods Pro” markalı qulaqlıq, 165 ədəd “İ-Watch” markalı saat və 3 ədəd qidalandırıcı başlıq aşkarlanıb.


Açar sözlər:

Oxunub: 3688