Rusiya hərbçiləri uşaq bağçasını atəşə tutub, ölənlər var


18:30     25 Fevral 2022 22_02_25_1645797499.jpg

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Axtırka şəhərindəki uşaq bağçasını atəşə tutması nəticəsində 3 nəfər ölüb, 17 uşaq yaralanıb.

Femida.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın deputatı Fyodor Venislavski “Rada” kanalının efirində söyləyib.

Bildirilib ki, yaralanan uşaqlardan 3-nün vəziyyəti ağırdır.

Açar sözlər:

Oxunub: 494