Azərbaycan və Misir İKT sahəsində əməkdaşlıq edəcək


19:57     25 Fevral 2022 22_02_25_1645801912.jpg

Azərbaycan və Misir informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar.

Femida.az xəbər verir ki, bu məsələ bu gün Bakıda keçirilmiş Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın V iclasının yekun protokolunda öz əksini tapıb.

Sənədə əsasən, iki ölkə süni intellekt texnologiyası, əşyaların interneti, data elmi ilə bağlı əməkdaşlıq imkanlarını araşdıracaq, rəqəmsal transformasiya, innovasiya, startap, kibertəhlükəsizlik, texnologiyla parklarının yaradılması və qurulması, "Ağıllı şəhər"lərin yaradılması ilə bağlı təcrübə mübadiləsi həyata keçirəcəklər.

Bundan başqa, Azərbaycanın Prezident yanında Vətəndaşları Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") ilə Misirin İnformasiya və Kommunikasiya Nazirliyi arasında rəqəmsal hökumət sahəsində əməkdaşlıq qurulacaq.

Açar sözlər:

Oxunub: 431