Bakıdan Kiyevə fevralın 28-ə olan uçuş ləğv olunub


20:15     25 Fevral 2022 22_02_25_1645805788.jpg

Azərbaycanın “Buta Airways” aviaşirkəti Ukrayna hava məkanının bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev reysini ləğv edib.

Bu barədə Femida.az aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir.

Mövcud vəziyyətlə əlaqədar olaraq, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

Açar sözlər:

Oxunub: 548