Bakıda 19 bağ evindən oğurluq edən şəxs tutulub


12:03     26 Fevral 2022 22_02_26_1645862698.jpg

Bakıda bağ evlərindən oğurluq edən şəxs tutulub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Görədil bağları massivində qeydə alınıb.

Belə ki, paytaxt sakini Anar Mahmudov Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək bağ evindən oğurluq edildiyini bildirib.

Aparılan araşdırılma nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Ağayev saxlanılıb.

Onun daha 19 oğurluq faktının üstü açılıb.

Araşdırma davam etdirilir.

Açar sözlər:

Oxunub: 507