Rusiya hərbçiləri Kiyevdə radioaktiv obyekti atəşə tutub


10:35     27 Fevral 2022 22_02_27_1645940222.jpg

Rusiya ordusunun atdığı raketlər “Radon” Assosiasiyasının Kiyev bölməsinin radioaktiv tullantılar poliqonuna düşüb.

Femida.az -ın xəbər verir ki, bu barədə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin bütün növ zenit və raket silahları ilə kütləvi bombardmanı nəticəsində “Radon” Assosiasiysının Kiyev bölməsinin radioaktiv tullantılar poliqonuna mərmilər düşüb.

Qeyd olunub ki, davam edən atəş nəticəsində dağıntıların miqyasını qiymətləndirmək mümkün olmayıb.

"Avtomatlaşdırılmış radiasiya monitorinqi sistemi sıradan çıxıb. Lakin müşahidə kameraları mərmilərin düşməsini qeydə alıb", - Dövlət Müfəttişliyindən bildiriblər. Dövlət Nüvə Tənzimləmə Agentliyinin ilkin qiymətləndirməsinə əsasən, sanitar mühafizə zonasından kənarda əhali üçün təhlükə olmayıb.

Açar sözlər:

Oxunub: 417