Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək


11:31     02 Mart 2022 22_03_02_1646199114.jpg

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək.

Femida.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.

Məhkəmə açıq dinləmələri 7 və 8 mart tarixlərində Haaqada baş tutacaq.

Dinləmələr Ukrayna tərəfindən təqdim edilən müraciətə həsr olunacaq. Müraciət Rusiya tərəfindən bu ölkəyə qarşı soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması ilə bağlıdır.

Hazırkı COVID-19 pandemiyasını nəzərə alaraq, dinləmələr hibrid formatda təşkil olunacaq.

Açar sözlər:

Oxunub: 496