Zərərli vərdişlərin profilaktikasına dair çəkiləcək sosial çarxın hazırlıq işləri başa çatıb


17:27     02 Mart 2022 2022/03/274860183_334209355300650_3892478981347439317_n_1646227723.jpg




Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə zərərli vərdişlərin profilaktikasına həsr olunan sosial çarx çəkiləcəkdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinə təqdim edilmiş ssenariyə uyğun olaraq, rejissor, ssenarist, aktyorlar və çəkilişin texniki heyəti ilə görüş keçirilmiş, ssenari üzrə bir daha müzakirələr aparılmış, sosial çarxın çəkiləcəyi ünvanlar müəyyənləşdirilmişdir.
Sosial çarxın çəkilişi bitəndən sonra bu barədə donora və ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Açar sözlər:

Oxunub: 471