Aİ Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək


10:11     03 Mart 2022 22_03_03_1646285723.jpg

Martın 15-dək Avropa İttifaqı (Aİ) Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Bruno Le Maire Avropa İttifaqının iqtisadi departament rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra bildirib.

“Biz əlavə olaraq Ukraynaya 1,2 milyard avro məbləğində yardım göstəririk ki, bunun da 600 milyon avrosu martın 15-dək göndəriləcək”, - Le Maire qeyd edib.

Açar sözlər:

Oxunub: 379