Rusiya hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib


10:22     03 Mart 2022 22_03_03_1646286981.jpg

Rusiya Müdafiə Nazirliyi hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi instaqramda paylaşım edib.

Hərflərin mənasını təsviri formada izah verən qurum “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və ya “Zadaça budet vıpolnena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib.

Qeyd edək ki, Ukraynanın işğalında istifadə olunan Rusiya Silahlı Qüvvələrinin texnikalarının üzərində “Z” və “V” hərfləri mövcuddur. Rusiya Müdafiə Nazirliyinin bu paylaşımındakı bu işarələr müxtəlif konspiroloji nəzəriyyələrə gətirib çıxarmışdı.

Açar sözlər:

Oxunub: 450