Rusiya və Belarus paralimpiyaçıları Pekin-2022-dən kənarlaşdırılıb


12:11     03 Mart 2022 22_03_03_1646294564.jpg

Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına qadağan edib.

Femida.az -ın məlumatına görə, bu barədə IPC İdarə Heyətinin xüsusi iclasında qərar qəbul olunub.

Pekin-2022 4 - 13 martda keçirilməlidir. Qərar ümumilikdə 83 paralimpiyaçıya şamil edilib.

Qeyd edək ki, daha əvvəl ali qurum hər iki ölkə idmançılarını Oyunlara neytral statusda buraxılmasına qərar verib. Bildirilib ki, onların mükafatları qeyri-rəsmi medal hesabında nəzərə alınmayacaq.

IOC isə beynəlxalq idman təşkilatlarına Rusiya və Belarus atletlərini yarışlardan kənarlaşdırmağı tövsiyə edib.

Açar sözlər:

Oxunub: 442