"Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib


12:53     04 Mart 2022 22_03_04_1646376807.jpg

"Bakı Metropoliteni" QSC-nin Elektrik Təchizatı Xidmətinin rəisi İlham Dostəliyev vəzifəsindən azad edilərək metro tikintisində elektrik təsərrüfatı üzrə məsul vəzifəyə keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.

Onun digər əmri ilə Elektrik Təchizatı Xidmətinə rəhbərlik Ramiz Əhmədova həvalə olunub. O, bu təyinata qədər Xidmətin baş mühəndisi, ondan əvvəl isə "Azərişıq" ASC-də müxtəlif vəzifələrdə, o cümlədən sonuncu dəfə Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 475