Bu gün Amnistiya Aktının icrası başa çatır


11:11     05 Mart 2022 22_03_05_1646461347.jpg

Bu gün 8 Noyabr- Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrası başa çatır.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, bununla bağlı martın 11-də nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Açar sözlər:

Oxunub: 473