Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəlib


11:30     06 Mart 2022 22_03_06_1646548259.jpg

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviterdəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, indiyədək baş tutan 8 çarter reysi ilə 1 475 həmvətənimiz Azərbaycana gəlib.

Açar sözlər:

Oxunub: 551