Bakıda 3 nəfəri bıçaqlayan şəxsə hökm oxunub


14:39     07 Mart 2022 22_03_07_1646638810.jpg

Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Röyal Rəhimzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az xəbər verir ki, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin may ayında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, mübahisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, "Baksol" yaşayış massivindəki "Baksol Market" in yanında siqarət üstündə olub. Mübahisənin böyüməsi nəticəsində Ramil, Elmin, Fuad adlı şəxslər R.Rəhimzadə tərəfindən bıçaqlanıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Daha sonra İ.Əhmədov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.2-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 433