Bakıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb


12:12     08 Mart 2022 22_03_08_1646722826.jpg

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobil konstruksiya dəyişiklikləri edildiyinə görə saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və onlar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil veriliblər.

Açar sözlər:

Oxunub: 400