Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
18:17 08 Mart 2022
Bakıda və Abşeron yarımadasında martın 9-u axşamdan 10-u səhərədək arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 10-dan 11-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Hidrometeoroloji Proqnozlar Bürosundan Femida.az-a bildirilib ki, Azərbaycanın rayonlarında martın 9-da günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Qeyd edək ki, ikinci ongünlükdə ölkə ərazisində birinci ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı gözlənilir.
Oxunub: 467
Oxşar xəbərlər
- Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
- Havanın temperaturu enəcək, qar yağacaq - ETSN
- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlandı
- Havanın yağmursuz keçəcəyi gözlənilir
- Havanın temperaturu 6-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Havanın kəskin enməsi hansı xəstəlikləri kəskinləşdirəcək? - Bu insanlar ehtiyatlı olsun
- Havanın temperaturu 5 dərəcə düşəcək - XƏBƏRDARLIQ
- Havanın temperaturu 31 dərəcəyə çatacaq
- Havanın temperaturu 10 dərəcə düşəcək – XƏBƏRDARLIQ