Havanın temperaturu 31 dərəcəyə çatacaq
16:53 30 May 2018
Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 23-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 31-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 26-31, dağlarda gecə 5-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasın, mayın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Femida.az
Oxunub: 1579
Oxşar xəbərlər
- Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
- Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
- Havanın temperaturu enəcək, qar yağacaq - ETSN
- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlandı
- Havanın yağmursuz keçəcəyi gözlənilir
- Havanın temperaturu 6-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Havanın kəskin enməsi hansı xəstəlikləri kəskinləşdirəcək? - Bu insanlar ehtiyatlı olsun
- Havanın temperaturu 5 dərəcə düşəcək - XƏBƏRDARLIQ
- Havanın temperaturu 10 dərəcə düşəcək – XƏBƏRDARLIQ