Aİ Şurası Rusiya və Belarusa qarşı yeni sanksiyaları təsdiqləyib
20:30 09 Mart 2022
Avropa İttifaqı Şurası Ukraynaya hücumla əlaqədar Rusiya və Belarusa qarşı sanksiyaları təsdiq edib.
Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının bəyanatında deyilir.
Sanksiyalara aşağıdakılar daxildir:
Belarusun SWIFT banklarına - "Belagroprombank", "Dabrabyt" və "İnkişaf Bankı" və onların törəmə şirkətlərinə girişin məhdudlaşdırılması;
Belarus Mərkəzi Bankı ilə əməliyyatlar qadağandır;
Aprelin 12-dən etibarən Belarusun dövlət müəssisələrinin səhmləri üçün Aİ-nin ticarət sessiyalarında lizinq və xidmətlər qadağandır;
Belarusun rezidentlərindən Avropa Bankında 100 min avrodan çox məbləğdə əmanət yerləşdirmək, mərkəzi depozitarlarda belaruslu müştərilərin hesablarını aparmaq və avro ilə qiymətli kağızları satmaq qadağandır;
Bundan əlavə, Rusiyaya dəniz naviqasiyası və radio rabitəsi məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq edilir.
Hüquqi şəxslərin və təşkilatların sanksiya siyahısı da genişləndirilib. Onlar investisiyalar, qiymətli kağızlar və maliyyə alətləri üzrə məhdudiyyətlərə məruz qalıblar.
Oxunub: 366
Oxşar xəbərlər
- Aİ Rusiya qızılının ixracına qadağa qoyub
- Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
- Aİ ukraynalı qaçqınlara dəstək üçün 433 milyon avro ayıracaq
- AİB Ukraynaya əlavə 700 milyon dollar ayıracaq
- Aİ ölkələri Ukraynaya 9 milyard avro məbləğində yardım göstərəcək
- Aİ-92 markalı benzinlə bağlı VACİB XƏBƏR: İyun ayının 1-dən...
- Aİ səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib
- Aİ Rusiya neftinə qismən qadağa qoyulması ilə bağlı razılığa gəlib
- Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır
- Aİ gələn həftə Ukraynaya növbəti hərbi yardımı təsdiqləyəcək