DİN Ağcabədidə 30 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib


10:18     10 Mart 2022 22_03_10_1646889540.jpg

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda 30 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az -ın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü bir qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 423