Bakıda su kanalında kişi meyiti tapılıb


20:22     10 Mart 2022 22_03_10_1646925210.jpg

Bakıda su kanalında kişi meyiti tapılıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 112 xidmətinə Sabunçu rayonunda, su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mehdiyev Məhəmməd Nəriman oğlunun meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 327