Bakıda 20 yaşlı gənc bıçaqlanıb


10:22     11 Mart 2022 22_03_11_1646976964.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Kərimli İsmayıl Şahmalı oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin və sol bud nahiyəsinin 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. İ.Kərimli əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 391