Rusiya taxıl və şəkərin ixracına qadağa qoyub


12:11     11 Mart 2022 22_03_11_1646977874.jpg

Rusiya taxıl və şəkərin ixracına müvəqqəti qadağa qoyub.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Taxıl qadağası martın 31-dək qüvvədədir və qadağa buğda, çovdar, arpa və qarğıdalıya aiddir.

Məhdudlaşdırıcı tədbir şəkərlə bağlı da elan edilib. Bu məhsulun ixracı tədarükün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələr əsasında mümkün olacağı şərti ilə qadağan ediləcək.

Açar sözlər:

Oxunub: 390