İsveç NATO-ya daxil olmayacaq


12:47     11 Mart 2022 22_03_11_1646978935.jpg

Hazırda İsveçin NATO-ya daxil olmaq planı yoxdur.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson bildirib.

O, NATO-ya qoşulma ideyasının İsveç tərəfindən bəyənilmədiyini söyləyib.

"İsveç (Şimali Atlantika Alyansına-red) müraciət etmək qərarına gəlsə, bu, Avropanın bu hissəsində vəziyyəti daha da sabitsizləşdirəcək və gərginliyi artıracaq", - Andersson deyib.

Baş nazir əlavə edib ki, İsveç Ukraynadakı vəziyyəti “təhdid” kimi qiymətləndirir və buna görə də Kiyevə silah göndərmək qərarına gəlib.

Açar sözlər:

Oxunub: 401