Bakıda 4 nəfər dəm qazından zəhərlənib


12:58     11 Mart 2022 22_03_11_1646979339.jpg

Bakıda 4 nəfər dəm qazından zəhərlənib.

Femida.az -ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1972-ci il təvəllüdlü Qədimova Xanım Mayıl qızı, 1995-ci il təvəllüdlü Hidayətov Sehran Müşviq oğlu, 1998-ci il təvəllüdlü Bəhrəmli Aytac Mirgabil qızı və onun 2 yaşlı övladı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 353