Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurluq etmək istəyən dəstə saxlanılıb


10:38     15 Mart 2022 22_03_15_1647320928.jpg

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri təxrə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Alunit” İstehsalat Sahəsinin ərazisindən külli miqdarda metal məfti (tros) və çəpərləri oğrulamağa cəhd edən şəxslər “iş” başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, peşəkarlıqla keçirilən əməliyyat tədbirləri zamanı qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dövlət əmlakını gizli yolla talamağa cəhd edən Daşkəsən rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev və Elnur Əsgərov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mart ayının 11-də elektrikli mişar və digər alətlər vasitəsi ilə ərazidəki ümumi dəyəri 36 993 manat olan kanat yolunun qoruyucu çəpərlərini saxlayan 1 600 metr uzunluğundakı metal məftil (tros) və 400 metr uzunluğundakı dəmir çəpərləri oğurlamağa cəhd ediblər.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən RPŞ-də zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 3369