Rusiya və İran XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər


14:21     15 Mart 2022 22_03_15_1647337871.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 15-də Moskvada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib.

Bildirilib ki, nazirlər ikitərəfli əlaqələri, İranın nüvə proqramı ilə bağlı danışıqları və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Sergey Lavrov vurğulayıb ki, iki ölkə arasında tərəfdaşlığın yeni keyfiyyət halına keçməsi üçün sənədlər hazırlanır: “Əməkdaşlığımızı yeni keyfiyyətdə qurmaq üçün biz yeni vacib sənədlər hazırlayırıq”.

Rusiya XİN başçısı İranın Ukrayna ilə bağlı mövqeyini də obyektiv adlandırıb: “Biz dialoqumuzu və Ukraynada baş verənlərlə bağlı obyektiv mövqeyinizi yüksək qiymətləndiririk”.

Açar sözlər:

Oxunub: 299