NATO müdafiə nazirlərinin fövqəladə toplantısı başlayıb


14:11     16 Mart 2022 22_03_16_1647426587.jpg

NATO müdafiə nazirlərinin fövqəladə toplantısı başlayıb.

Femida.az NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, iclas Alyansın Brüsseldəki mənzil-qərargahında keçirilir.

İclasda Alyansa üzv olmayan Finlandiya, Gürcüstan, İsveç, Ukrayna ilə yanaşı, Avropa İttifaqı ölkələri iştirak edir. Türkiyəni toplantıda milli müdafiə naziri Hulusi Akar təmsil edir. Nazirlər Ukrayna ətrafındakı durumu müzakirə edirlər.

Giriş nitqində NATO-nun Baş katibi Yens Stoltenberq dünyanın bu müharibəni pislədiyini bildirib:

“NATO müttəfiqləri və tərəfdaşları Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edirlər. Biz Ukraynaya dəstəyimizdə həmrəyik. Bu illər ərzində NATO müttəfiqləri on minlərlə Ukrayna hərbçisinə təlim keçib və o, Ukraynaya özünümüdafiə hüququnu təmin etmək üçün çoxlu sayda vacib avadanlıq verib. Rusiya işğalının əvvəlindən müttəfiqlər cəsarətli Ukrayna xalqına, hökumətinə və ordusuna dəstəyi xeyli artırıblar. Bura ərbi texnika, humanitar və maliyyə yardımı və milyonlarla qaçqına sığınacaq verilməsi daxildir. Bu gün bizim hamımızın Ukraynanı dəstəkləməyimiz çox vacibdir”.

Açar sözlər:

Oxunub: 352