NATO Ukraynaya sülhməramlı missiya göndərə bilər
10:12 17 Mart 2022
NATO-nun növbəti sammiti zamanı Ukraynaya sülhməramlı missiyanın göndərilməsi təklifi təqdim olunacaq.
Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski dövlət televiziyasının efirində bildirib.
“Biz sülhməramlı missiya ideyasını ən yaxın müttəfiqlərimizlə müzakirə etdik. Bu təklif NATO-nun növbəti sammitində qaldırılacaq”, - Polşanın Baş naziri qeyd edib.
O, hazırda bu ideyanın bir çox Avropa ölkələrində müzakirə olunduğunu bildirib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev BMT-yə hələ 2015-ci ildə sülhməramlı əməliyyata başlamağı xahiş edib.
Oxunub: 396
Oxşar xəbərlər
- NATO Baltik dənizi regionunda təlimlər keçirəcək
- NATO yeni strateji konsepsiyada Rusiyanın statusunu dəyişəcək
- NATO İsveç ətrafında əlavə qüvvələr yerləşdirəcək
- NATO-nun xüsusi nümayəndəsi Gürcüstandadır
- NATO rəhbərliyi Alyansın Şərq sərhədlərinə əlavə qoşun göndərib
- NATO Çin və Belarusa xəbərdarlıq edib
- NATO-nun fövqəladə sammitinin gündəliyi açıqlanıb
- NATO müdafiə nazirlərinin fövqəladə toplantısı başlayıb
- NATO Ukrayna üzrə fövqəladə sammit keçirəcək
- NATO müdafiə nazirlərinin fövqəladə toplantısı keçiriləcək