Bakıda zibillikdən avtomat silahı tapılıb


13:58     18 Mart 2022 22_03_18_1647597752.jpg

Bakıda zibillikdən silah-sursat tapılıb.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Nəriman Nərimanov prospektindəki məişət tullantıları qutusundan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı və 4 ədəd 7,62 çaplı patron tapılıb.

Açar sözlər:

Oxunub: 348