Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb


10:18     19 Mart 2022 22_03_19_1647665277.jpg

Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Elnur Dadaş oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol pəncənin ikinci daraq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 312