Abşeronda sürücünü boğaraq telefonunu almağa cəhd göstərən şəxs tutulub
11:58 19 Mart 2022
Abşeronda sürücünü boğaraq telefonunu almağa cəhd göstərən şəxs tutulub.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in “102 Zəng Mərkəzi”nə martın 17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi “Toyota” markalı avtomobilə oturmuş bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.
Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Quliyev müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi “Hyundai” markalı avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılıb.
Araşdırma aparılır.
Oxunub: 327
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Abşeronda 32 yaşlı kişi intihara cəhd edib
- Abşeronda ata qızını qətlə yetirib
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb